21 Noyabr 2026
AYNA vətəndaşı dövlətə qarşı qaldırır

AYNA vətəndaşı dövlətə qarşı qaldırır

AYNA vətəndaşı dövlətə qarşı qaldırır

Yeniləndi: Admin 1 dəqiqə oxuma 584

Bura 20-ci sahə deyilən ərazidir. AYNA-nın yarıtmaz fəaliyyəti, məsuliyyətsiz davranışı səbəbindən vətəndaşlar əsir-yesir olub. 20-ci sahədən Azneft kruquna cəmi 1 avtobus işləyir, o da 5 nömrə. Gördüyünüz kimi insanlar işə getmək üçün avtobus gözlədiyi halda, AYNA-nın sürücüsü qapını bağlayıb harasa gedib. Bu həm də insanlara göz dağı vermək, vətəndaşı bilərəkdən hakimiyyətə, dövlətə, Cənab Prezidentə qarşı qaldırmaq cəhdidir, düşünülmüş şəkildə icra olunan ssenaridir.

>

Ümumiyyətlə, AYNA hər dəfə Formula 1 zamanı insanlara zülm verir, yollarda əsir-yesir qoyur. Onsuz da Azneft dairəsinə qədər vətəndaşı ödənişlə daşıyırsan və vətəndaş başqa cür də təsəvvür etmir. Heç olmasa bu avtobusların sayını artır, insanlar saatlarla sənin 5 nömrəni gözləməsin. Bunu etmək eləmi çətindir? Əlbəttə ki, yox. Sadəcə sizlər vətəndaşa zülm verərək onu Cənab Prezidentə qarşı qaldırmağı hədəfləmisiniz. Ancaq sizin iyrənc planız qətiyyən baş tutmayacaq.

>

Newscenter.az

Teqlər: #AYNA