Tikinti şirkətində işləyən 30-a yaxın şəxs maaşlarını ala bilmir.
Şikayətçilər iddia edirlər ki, işlədikləri "BI Group" tikinti şirkəti aylardır ödənişlərini vermir.
Şikayətçilər deyirlər ki, şirkətin onlara ödəməli olduğu məbləğ ümumilikdə 116 min manatdır.
Şirkətin təsisçisi Eldəniz Paşazadə "Xəzər Xəbər"ə bildirdi ki, yaranmış anlaşılmazlıq öz həllini tapıb. Sabah işçilərə ödəniş həyata keçirələcək.//pravda.az