Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Cənubi Qafqazdakı proseslərə toxunaraq Azərbaycan-Ermənistan sülhü və Türkiyə-Ermənistan münasibətlərindən danışıb.
AJMEDİA xəbər verir ki, Ərdoğanın BMT tribunasındakı çıxışı zamanı diqqətçəkən hadisə də yaşanıb. İsrail nümayəndə heyəti Türkiyə Prezidentinin çıxışı zamanı zalı tərk edib.
Ərdoğan çıxışında İsrailin siyasətini də sərt tənqid edib və Fələstin məsələsinə geniş yer ayırıb.