ABŞ İran Prezidenti Məsud Pezeşkianın media qrupunda yer alan iranlı jurnalistlərə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasını işıqlandırmaq üçün viza verməyib.
AJMEDIA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
O, Vaşinqtonu həqiqəti gizlətməyə və söz azadlığı hüququnu pozmağa cəhd göstərməkdə ittiham edib.