Merz Almaniya üçün rüsvayçılıq adlandırdığı bir problemə toxunub.
Almaniya kansleri Fridrix Merz, partiyasının Berlin və Meklenburq-Örnopommern seçkilərindəki ağrılı məğlubiyyətindən sonra yəhudi icmasının vəziyyəti ilə bağlı sərt xəbərdarlıq edib.
O, bildirib ki, açıq antisemitizmin yayılması ölkənin ən ciddi problemlərindən birinə çevrilib və yəhudilərin təhlükəsizliyi artıq adi hal kimi qəbul edilə bilməz.
Kansler bildirib ki, "Almaniyada yəhudi həyatının artıq təhlükəsiz olmaması son illərin ən çətin mirasıdır". O, ölkədə antisemitizmin təzahürlərini "Almaniya üçün rüsvayçılıq" adlandırıb və yəhudi icmalarını qorumaq üçün dövlətin mövcud resurslarından istifadə edəcəyinə söz verib.
ajmedia.news